Türkiyənin “Baykar Makina” şirkəti istehsal etdiyi pilotsuz təyyarələri heç vaxt Rusiyaya satmayacaq.
Bizim.Media “uazmi.net” saytına istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Haluk Bayraktar CNN telekanalına açıqlamasında deyib.
"Biz bunu heç vaxt etməmişik və etməyəcəyik. Çünki biz Ukraynanı, onun suverenliyini, müqavimətini və müstəqilliyini dəstəkləyirik", - deyə iş adamı bildirib.
Bu arada Norveçdə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün “Bayraktar TB2” hücum pilotsuz uçan aparatının alınması üçün vəsait toplama kampaniyasına start verilib.
Bizim.Media