Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə istehsal 21,4% artdı

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə istehsal 21,4% artdı

Hazırda oxunan: Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə istehsal 21,4% artdı

83697

Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla, digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 mln. kVt/st, yaxud 21,4 faiz artımla 1162,7 mln. kVt/st elektrik enerjisi istehsal edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. 

Məlumata görə, elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVt/st artaraq 970,6 mln. kVt/st, digər mənbələr üzrə isə 6,0 mln. kVt/st artaraq 192,1 mln. kVt/st olub.

Külək elektrik stansiyalarında 46,8 mln. kVt/st, günəş elektrik stansiyalarında 30,7 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVt/st elektrik enerjisi istehsal edilib. 
6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12152,4 mln. kVts (İES-lərdə 11252,8 mln. kVt/st, SES-lərdə 899,6 mln.kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210,9 mln. kV/st (İES-lərdə 120,4 mln. kVt/st, SES-lərdə 62,2 mln. kVt/st, GES-də 28,3 mln. kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 mln. kVt/st, müstəqil elektrik stansiyaları üzrə 1124,5 mln. kVt/st təşkil edib. 

2022-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinin ixracı 664,1 mln. kVt/st, idxal isə 71,1 mln. kVt/st olub. 

Cari ilin iyun ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2276,3 mln. kVt/st, idxalı 10,8 mln. kVt·st, ixracı 126,2 mln. kVt/st təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO