Benzinin qiymət artımı ictimai nəqliyyata marağı artıracaqmı?

Benzinin qiymət artımı ictimai nəqliyyata marağı artıracaqmı?

Hazırda oxunan: Benzinin qiymət artımı ictimai nəqliyyata marağı artıracaqmı?

83672

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymət artımı xəbəri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kimi sözügedən benzin markasından, kimi isə ümumiyyətlə maşından imtina edəcəyini qeyd edərək qərara etirazını bildirib.

Bəs benzinin qiymətindəki artım ictimai nəqliyyatdan istifadənin artmasına təsir göstərəcəkmi?

Dünya ölkələrindəki təcrübələrə nəzər salsaq, insanlarda ictimai nəqliyyata maraq yaratmaq üçün onları müvafiq gediş haqqlarından azad edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Benzin qiymətlərində şəffaflığı necə təmin etmək olar? - Ekspertdən TƏKLİF 


Məsələn, Lüksemburq dünyada ilk ölkə olaraq 2020-ci ilin mart ayından başlayaraq bütün nəqliyyat növləri (avtobus, tramvay, qatar) üzrə gedişi pulsuz edib. Malta 2022-ci ilin oktyabr ayının 1-dən analoji addımı atmağa hazırlaşır.

Almaniyada bu barədə artıq müzakirələr başlayıb. Bir sıra ölkələrdə ölkəboyu olmasa da ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi mövcuddur. Məsələn, Estoniyanın paytaxtı Tallin şəhərində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir. 

Nəqliyyat eksperti Ərşad Hüseynov mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, qiymət artımı heç bir müsbət dəyişikliyə səbəb olmadan, əksinə daha ağır problemlər yarada bilər:

“Kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla - yanacağı bahalaşdırmaqla almaq istəyirlər. Lakin bu çox yanlış yanaşmadır.

Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər”.
Həmçinin digər ekspertlər də bildirir ki, avtomobillərin qiymətlərini müxtəlif rüsumlarla həmçinin yüksək oktanlı yanacağın bahalaşdırılması heç də avtomobillərin yollarda azalmasına gətirib çıxarmır. Əksinə yollarda ucuz, keyfiyyətsiz, təhlükəsizlik dərəcəsi aşağı, aşağı markalı yanacaq növləri ilə işləyən, ekologiya üçün olduqca zərərli avtomobillərin sayının artmasına səbəb olur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO