Benzin qiymətlərində şəffaflığı necə təmin etmək olar? - Ekspertdən TƏKLİF 

Benzin qiymətlərində şəffaflığı necə təmin etmək olar? - Ekspertdən TƏKLİF 

Hazırda oxunan: Benzin qiymətlərində şəffaflığı necə təmin etmək olar? - Ekspertdən TƏKLİF 

83577

“Tarif  Şurası “Aİ-95” markalı neftin qiymətini qaldıra bilməz. Ona görə ki, onun Azərbaycanda istehsalı aparılmır”.

Bu sözləri Bizim.Media-ya ölkə ərazisində “Aİ-95”-in qiymətinin qalxması ilə bağlı verdiyi açıqlamada neft-qaz üzrə ekspert Zəfər Vəliyev söyləyib.

Ekspertin sözlərinə görə Azərbaycanda “Aİ-95” markalı neftin qiymətini qaldıran mövcud pərakəndə satış bazarın iştirakçılarıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir benzin markasının qiymətində dəyişiklik edildi - RƏSMİ


“Qiyməti birbaşa olaraq ölkənin pərakəndə satış seqmentinin teriminalları qaldırıblar. Pərakəndə satış seqmentində fəaliyyət göstərən şirkətlərin hər birinin sərəncamlarnda neft teriminalları var. Onlar xaricdən “Aİ-95” markalı nefti alaraq neft çənlərinə doldurur, daha sonra isə satış teriminallarına göndərirlər”.

Pərakəndə satış bazarının iştirakçıları tərəfindən süni qiymət artımının qarşısının alınmasını isə ekspert yanacaq bazarının liberallaşması və “Aİ-95” markalı neftin ölkə üzrə satış qiymətlərinin tənzimlənməsinin Tarif Şurasına verilməsində görüb.

“Yanacaq-sürtkü materialları bazarında qiymət artımının qarşısının alınmasının ən vacib üsulu liberallaşmadır. Ölkədə liberal bazar yaradılmalıdır. Həmçinin neft məhsullarının satışı üzrə birja yaradılmalı və bu qəbildən olan məhsullar birja üzərindən satılmalıdır. Necə ki, Türkmənistan, Qazaxıstan və Rusiyada bu sistem  var, niyə bizdə olmasın? Əgər birja üzərindən satış olarsa, neftin qiyməti birbaşa olaraq bazar qiymətlərinə bağlanacaq.Yəni “Aİ-95” də daxil, bütün yanacaq məhsullarının qiyməti ölkənin milli valyutasının dollara olan nisbətinə görə hesablanacaq. Hazırda qonşu Gürcüstanda da, bu sistem tətbiq olunur və kifayət qədər uğurlu nəticələri var”.

“Aİ-95” qiymətlərini dünya bazarındakı qiymətlərlə müqayisə edən ekspert yerli bazardakı qiymətə də aydınlıq gətirib

“Dünya bazarında “Aİ-95” markalı neftin bazar qiyməti 1.57 manatdır. “Aİ-95” markalı neftə ölkədə olan illik təlabat isə 100 min tondan yuxarı deyil. Belə ki, “Aİ-95” avtomobil yanacağının “FOB” qiyməti 1231 dollardır. 1 ton “Aİ-95” markalı benzini litrə çevirsək, 1333 litr edir.1231 dolları litrə çevirdikdə isə yekun qiymət 1.57 manat təşkil edir”.

Ekspertin fikirlərinə görə, hazırda Azərbaycana ən çox “Aİ-95” ixrac edən ölkə Rusiyadır, lakin tədarük həcmlərində az miqdarda İran və Türkmənistanın da payı var: 

“Azərbaycana “Aİ-95”-in böyük bir hissəsini Rusiyadan alır. Hazırda Azərbaycan Rusiya bazarından “Lukoil” şirkətinə məxsus “Volqaqrad” NEZ,  “Taneko” şirkətinə məxsus “Nijnekamensk” NEZ, “Qazpromneft” şirkətinə məxusus “Omsk” NEZ və “Salavat” NEZ şirkətlərindən “Aİ-95”-i almaqdadır. Lakin son günlərdə Rusiya neftinin xarici bazara çıxışı əngəlləndiyindən istehsalı dayandırmamaq üçün mövcud çıxış bazarlarını itirməməyə çalışacaq və bu mənada qiymətlərin Rusiya tərəfindən qaldırılması real görünmür. Həmçinin yerli bazarda “Aİ-95” qiymətlərinin qalxması buna uyğun olaraq kerosin və bəzi yanacaq məhsullarının da qiymətinin qalxmasına səbəb olacaq”.

“Aİ-95” markalı neft yerli bazarda beynəlxalq qiymətlərlə müqayisədə hazırda 300 dollar premya ilə satılır” - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO