Rusiyadan Azərbaycana aviabiletlər niyə bahalaşır?

Rusiyadan Azərbaycana aviabiletlər niyə bahalaşır?

Hazırda oxunan: Rusiyadan Azərbaycana aviabiletlər niyə bahalaşır?

83512

2022-ci ilin yayında xaricə hava səyahətləri üçün uçuş biletinin orta qiyməti ötən ilin eyni mövsümü ilə müqayisədə 37% artıb. 

Bizim.Media "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın böyük bilet satışları həyata keçirən şirkətinin analitiki məlumat yayıb. 

Bildirilib ki, əgər keçən il Rusiyadan təyyarə ilə xaricə gedib 29 min rubla (red. 843 manat) qayıtmaq mümkün idisə (hesablamalar ekonom sinifdə bir nəfər üçün aparılıb), hazırda bu qiymət 39,9 min (1159 manat) rubldur. Bu həm birbaşa, həm də tranzit uçuşlara aiddir. 

Qeyd edilib ki, bu yay ən bahalı uçuşlar İsrailə (artım 2 dəfə - adambaşına 54,5 min rubla qədər), Türkiyəyə (artım 1,9 dəfə - 42,6 min rubladək) və BƏƏ-yə (artım 1,8 dəfə - 54,7 min rubla qədər) olub. 
Azərbaycana biletlər orta hesabla 1,2 dəfə artaraq 40,5 min rubla, Misirə 1,3 dəfə artaraq 44,4 min rubla çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO