Bazarda quzu əti kəskin bahalaşdı - SƏBƏB

Bazarda quzu əti kəskin bahalaşdı - SƏBƏB

Hazırda oxunan: Bazarda quzu əti kəskin bahalaşdı - SƏBƏB

83505

“Bayram ərəfəsi tələbin təklifi üstələməsi quzu ətinin bahalaşmasına səbəb olub”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bazarda qoyun ətinin qiyməti 7-8 manat həcmində qaldığı halda, quzu ətinin qiymətinin 2 manat bahalaşaraq, 15-16 manata yüksəlməsinə münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

“Payızda ət, süd və broyler məhsullarının qiyməti artacaq” – Ekspertdən ŞOK AÇIQLAMA   


“Quzu ətinin qiymətinin bahalaşması son günlər tələbin təklifi üstələməsinin nəticəsidir. Quzu ətinə tələbatın artması qiymətin də yüksəlməsinə səbəb olub. Proses özünü Qurban Bayramı ərəfəsi göstərib. Ümid edək ki, bir müddətdən sonra tənzimlənəcək və qiymət yenidən aşağı düşəcək. 

Bu artımda təbii ki, fundamental səbəblər də var. Yemlə bağlı problemlər özünü göstərir. Onun da qiyməti qalxır.

İri buynuzlu və xırda buynuzlu mal-qaranın iynəsi, dərmanları, bəzi yem əlavələri xaricdən gətirilir. Daxili yem bazası zəifdir. Bütün bunlar fermerləri əlavə yükə salır. Nəticə etibarı ilə yaranmış vəziyyət ətin qiymətinin bahalaşmasına gətirib çıxarır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO