“BTC ilə nəql olunan neftin HƏCMİ – Nazir 

“BTC ilə nəql olunan neftin HƏCMİ – Nazir 

Hazırda oxunan: “BTC ilə nəql olunan neftin HƏCMİ – Nazir 

83473

Bakı-Tbilisi-Ceyhan (BTC) sisteminin tam istismara verilməsindən 16 il ötür. 

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb. 

Nazir qeyd edib ki, bu müddətdə BTC ilə 463 milyontonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 milyon ton neft nəql olunub. 

Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir. 
BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %). 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO