"Azərbaycan Hava Yolları " QSC (AZAL ) prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Bizim.Media AZAL-a istinadən xəbər verir ki, görüşdə mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
"Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə 7 reys həyata keçirir.
Bu ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.
Səfir isə mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:55 / 08.07.2022
Azərbaycan-Qətər arasında aviareyslərin sayı artırılacaq
Hazırda oxunan: Azərbaycan-Qətər arasında aviareyslərin sayı artırılacaq
Hazırda oxunan: Azərbaycan-Qətər arasında aviareyslərin sayı artırılacaq
82943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.