Manatın məzənnəsi sabit qalacaq – PROQNOZ 

Manatın məzənnəsi sabit qalacaq – PROQNOZ 

Hazırda oxunan: Manatın məzənnəsi sabit qalacaq – PROQNOZ 

82942

“Fitch Solutions” Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin sonuna kimi uçot dərəcəsini 6,75%-ə endirəcəyini proqnozlaşdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Fitch Solutions"un 2022-ci ilin yarımillik icmalında bildirilib. 

Proqnoza əsasən, ilin sonuna kimi uçot dərəcəsi 1% bəndi aşağı salınacaq. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini iyun 17-də yenidən 7.75% olaraq müəyyən edib. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb. AMB İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı isə iyulun 29-da açıqlanacaq. 

Bundan əlavə, "Fitch Solutions" manatın məzənnəsinin 2022-ci ildə də dəyişməyərək 1,7 manat səviyyəsində proqnozlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO