Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri və sahiblərinə dair məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürüləcək.
Bizim.Media xəbər verir ki, “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Yaxın aylarda Çin avtomobilləri ölkəni “işğal edəcək” – Ekspertdən PROQNOZ
Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanı elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.
Layihə səs çoxluğu ilə qəbul olunub.
Murad Əhmədov, Bizim.Media