Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyada polis tərəfindən döyülən 6 iddiaçıya 208 min avro təzminat ödənilməsinə qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə “publicverdict.org” saytı məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, Rusiya Konvensiyanın 3-cü maddəsini (“Heç kəs işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”) pozub və bu baxımdan iddiaçıların bütün şikayətlərini təmin edib.
Mardiros Demerçyan və Vyaçeslav Piskunovun şikayətlərinə əsasən, onlara Rusiyada işgəncə verilib.
Mardiros Demerçyan 2013-cü ildə Soçidə kabel oğurluğunda şübhəli bilinərək saxlanılıb. Onu şiddətlə döyüblər və anusuna dəmir çubuq keçiriblər.
“Demerçyanın beyni silkələnib, baş və döş qəfəsi əzilib, dişləri sınıb, anus nahiyəsində mikro cırıqlar olub. O, polisə qarşı ifadə verərək, İstintaq Komitəsinə müraciət edib, lakin sonda onun özünə saxta informasiya ittihamı irəli sürülüb”, deyə nəşr qeyd edib.
Vyaçeslav və Gennadi Piskunovlar 2013-cü ildə Saransk polisi tərəfindən işgəncələrə məruz qalıb. Onlar qətldə şübhəli bilinərək saxlanılıb, əlləri qandallanıb və “etiraf” edənədək döyülüblər. Eyni zamanda Vyaçeslavı sellofan paketlə və kəmərlə boğublar.
Sonradan onların bədəninin hər yerində qançır və sıyrıqlar olub, Vyaçeslavın xaya nahiyəsində xəsarətlər olub, sol xayası yırtılıb. Məhkəmə Vyaçeslava 52 min avro, Gennadiyə isə 26 min avro təzminat təyin edib.
Ərizəçilərdən biri, Aleksey İvanov Krasnoyarskda qətldə şübhəli bilinərək həbs edildikdən sonra döyülüb. Xəstəxanada onun qollarında, döş qəfəsində və üzündə çoxsaylı qançırlar və sıyrıqlar aşkar edilib. Yerli məhkəmə onu qətldə təqsirli bilib və on il müddətinə azadlıqdan məhrum edib.
Oxşar əhvalatlar digər ərizəçilərin başına da gəlib: onlar saxlanılıb və zorla etirafları alınıb. Xatırladaq ki, Rusiya hakimiyyəti Ukraynaya təcavüzü ilə əlaqədar 2022-ci il martın 15-də Avropa Şurasından çıxarıldıqdan sonra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına tabe olmaya bilər.
Qərara əsasən təzminatı Rusiya 2023-cü ilin yanvarına qədər rublla ödəməlidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:31 / 06.07.2022
Soçidə polis tərəfindən döyülən erməni Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyanı uddu
Hazırda oxunan: Soçidə polis tərəfindən döyülən erməni Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyanı uddu
Hazırda oxunan: Soçidə polis tərəfindən döyülən erməni Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyanı uddu
82632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.