Türkiyə Qarabağa 1 milyard dollar investisiya yatıracaq

Türkiyə Qarabağa 1 milyard dollar investisiya yatıracaq

Hazırda oxunan: Türkiyə Qarabağa 1 milyard dollar investisiya yatıracaq

82610

"Bu gün Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 şirkəti fəaliyyət göstərir".

Bizim.Media xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən Türkiyə Səfirliyinin baş ticarət müşaviri Yakup Sefer deyib.

Y.Sefer həmin şirkətlərin yatıracağı vəsaiti də açıqlayıb: "Ümumilikdə isə 1 milyard ABŞ dollarlıq investisiyadan danışırıq, amma bu investisiyalar artacaq".

Onun sözlərinə görə, ölkələrimiz arasında turist axınları da artır. Report.az-ın məlumatına görə, bu il Azərbaycandan Türkiyəyə 135 min, Türkiyədən Azərbaycana isə 125 min nəfər səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO