Avropadakı hiperinfilyasiya ölkəmizdə bu məhsulların bahalaşmasına SƏBƏB OLUR

Avropadakı hiperinfilyasiya ölkəmizdə bu məhsulların bahalaşmasına SƏBƏB OLUR

Hazırda oxunan: Avropadakı hiperinfilyasiya ölkəmizdə bu məhsulların bahalaşmasına SƏBƏB OLUR

82169

Avrozonada enerji və ərzaq xərclərinin artmağa davam etməsi fonunda iyun ayında inflyasiya səviyyəsi rekord həddə yüksəlib. Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyunda Avrozonada illik inflyasiya 8,6 faiz olub.

Bu, “Eurostat” tərəfindən Avrozonada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir.

İnflyasiya aylıq müqayisədə isə 0,8 faiz artıb. Ən yüksək qiymət artımı 41,9 faizlə enerjidə qeydə alınıb. Qida, spirt və tütün məmulatlarının qiyməti 8,9 faiz, qeyri-enerji sənayesi məhsullarının isə 4,3 faiz artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank uçot faiz dərəcəsini artıracaqmı? - AÇIQLAMA


Bildirilib ki, iyun ayında inflyasiyanın əsas hərəkətverici qüvvəsi Rusiya-Ukrayna gərginliyi səbəbindən kəskin bahalaşan enerji və ərzaq qiymətləri olub.

Bəs, davam etməkdə olan infilyasiya Azərbaycana necə təsir göstərəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media ilə fikirlərini bölüşüb.

O, bildirib ki, “Avrozonadakı infilyasiyanın Azərbaycana birbaşa təsiri yoxdur. Amma Avropadan ölkəmizə gətirilən spesifik məhsulların qiymətinə bu öz təsirini göstərir. Təsadüfi deyil ki, son günlər dərman preparatlarının satışında əsaslı bahalaşma müşahidə olunur.

Avropadan gətirilən avtomobillərin və bəzi istehlak mallarının da qiymətində artımlar var. Əgər Avrozonada infilyasiya uzun müddət davam etsə biz gələcəkdə bunun fəsadlarını daha çox görə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO