\

\"70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var\" - AQTA 

Hazırda oxunan: \"70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var\" - AQTA 

81508

Hazırda quş qripi ilə bağlı quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var. 

O xatırladıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi onların verdiyi məlumata əsasən tənzimlənir:
 

MÖVZU İLƏ BAĞLI:

Diri quşların Azərbaycan ərazisindən tranzitinə məhdudiyyət qoyuldu - SƏBƏB


"Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkar hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də qabaqlayıcı tədbirlərimizi elan edirik". 

Şöbə müdiri bildirib ki, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir:

"Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var.
Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO