Parlament 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı layihəni qəbul etdi 

Parlament 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı layihəni qəbul etdi 

Hazırda oxunan: Parlament 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı layihəni qəbul etdi 

81323

Milli Məclis "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsini qəbul edib. 

Biizm.Media xəbər verir ki, layihəni parlamentə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. 

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub.

Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır. 
Layihə üçüncü oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO