“2022-ci il dövlət büdcəsi gəlirlərinin 2 381.8 milyon manat artırlaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatdırılması təklif olunur. Dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib.
2022-ci il dövlət büdcəsinə təklif edilən dəyişiklikləri Milli Məclisin növbədənkənar iclasında təqdim edən deputat bildirib ki, artırılan gəlirlər 65%-i qeyri-neft, 35%-i isə neft gəlirləri hesabına formalaşacaq:
“Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömtük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur.
Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1.192 milyon manat azaldılması nəzərdə tutulub.
Dövlət büdcəsinin əlavə gəlirləri qeyri-neft gərliləri hesabına – 1 351 mln. manat, əlavə neft gəlirləri hesabına 848 mln. manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 mln. manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 mln. manat və 2.3 mln. manat, dövlət büdcəsinin kəsirinin genişləndirilməsi hesabına 43 mln. manat təşkil edəcək.
2022-ci ildə ÜDM-nin həcminin 115.4 mlrd. manat, ÜDM-in artım tempinin 5.5%, orta illik inflyasiyanın 12.5%, xam neftin bir barelinin orta illik qiymətini isə 85 dollar olacağı proqnozlaşdırılır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:51 / 28.06.2022
Dövlət büdcəsinin gəlirləri artacaq
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri artacaq
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri artacaq
81291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.