“Son 5 ildə büdcənin həcmi əhəmiyyətli şəkildə artıb” - Vüqar Gülməmmədov 

“Son 5 ildə büdcənin həcmi əhəmiyyətli şəkildə artıb” - Vüqar Gülməmmədov 

Hazırda oxunan: “Son 5 ildə büdcənin həcmi əhəmiyyətli şəkildə artıb” - Vüqar Gülməmmədov 

80415

"2022-ci ilin həm gəlirləri, həm xərcləri müstəqillikdən cari ilə qədər ən yüksək büdcə həcmi olub".  

Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında bildirib.  

Sədr bildirib ki, ilk 5 ayda gəlirlərin çox, xərclərin az olmasını demək mümkündür:  

“2022-ci ilin təsdiq edilmiş büdcəsində 89,4% təşkil etsə də, yenidən baxılmış dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımı nəticəsində bu göstərici yüksələrək 99,8% səviyyəsində proqnozlaşdırılıb.  

Son 5 ildə dövlət büdcəsinin həcmi əhəmiyyətli şəkildə - həm gəlirlər, həm də xərclər üzrə 1,8 dəfə artıb. Müvafiq dövrdə cari xərclərin təqribən 2 dəfə artması fonunda dövlət büdcəsinin qeyri-neft gəlirləri 1,6 dəfə, qeyri-neft ÜDM 1,5 dəfə artıb.  
Unutmayaq ki, bu 2 göstərici məhz iqtisadiyyatı təbii resursla zəngin olan dövlətlərdə büdcənin proqnozlaşdırılması zamanı makrofiskal çərçivənin mühüm indikatoru hesab edilir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO