Bu ilin müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.
Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Büdcə xərcləri hansı istiqamətlərdə artırılacaq?
Bildirilib ki, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı müdafiə qüvvələri, 295 milyon manatı milli təhlükəsizlik, 433 milyon manatı sərhəd xidməti, 4 milyon manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.
Bununla yanaşı Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2 % çoxdur.
Bunun 133,7 milyon manatı məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı hüquq mühafizə, 108,6 milyon manatı prokurorluq, 10 milyon manatı məhkəmə qərarının icrası, 4 milyon manatı hüquqi yardım, 384,9 milyon manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.
Bizim.Media