Mərkəzi Bank uçot faiz dərəcəsini artıracaqmı? - AÇIQLAMA

Mərkəzi Bank uçot faiz dərəcəsini artıracaqmı? - AÇIQLAMA

Hazırda oxunan: Mərkəzi Bank uçot faiz dərəcəsini artıracaqmı? - AÇIQLAMA

79670

Xəbər verdiyimiz kimi dünən FED 1994-cü ildən bəri ən yüksək artıma qərar verdi. Beləki, FED uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu artım təbii ki, dünyanın bütün maliyyə institutlarını hərəkətə gətirib. Avropa Mərkəzi Bankı da uçot faiz dərəcəsinin 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir.

Nəzərə alaq ki, Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra cəmi bir dəfə dəyişdirilib.

Martın 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizədək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında infilyasiya səviyyəsinin 12,6 faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılandan çoxdur. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun qənaətincə indiki şəraitdə Azərbaycanda da uçot faiz dərəcəsinə yenidən baxılıb artırılması məqsədəuyğundur.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bankın bu sahədə gəliri 92% azaldı


“FED daxil olmaqla aparıcı mərkəzi bankların kəskin faiz artımları fonunda Azərbaycanda da uçot faiz dərəcəsinin inflyasiya tənzimləyici və valyuta bazarında stabilləşdirici funksiyasından daha aktiv şəkildə istifadə edilməsinə ehtiyac var. Ona görə də uçot faiz dərəcələrinin artırılması qaçılmazdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO