Mərkəzi Bank

Mərkəzi Bank "rəqəmsal manat" konsepsiyasını hazırlayır

Hazırda oxunan: Mərkəzi Bank "rəqəmsal manat" konsepsiyasını hazırlayır

79580

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "rəqəmsal manat" konsepsiyasının hazırlanması nəzərdə tutulub. 

Bizim.Media xəbər verir ki, bu barədə "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bildirib. 

O bildirib ki, bir sıra qabaqcıl ölkələrin mərkəzi bankları tərəfindən valyutalarının rəqəmsal versiyası istifadəyə verilib: 

“Mərkəzi Bank olaraq bu kimi təşəbbüsləri yaxından izləyirik. "Rəqəmsal manat" konsepsiyasının hazırlanmasında da xarici mərkəzi bankların təcrübəsindən istifadə olunur”. 

R.Qasımov bildirib ki, müxtəlif əhali qrupları üçün maliyyə savadlılığı tədbirlərinin keçirilməsi və rəqəmsal ödənişlərin müsbət cəhətlərinin aşılanması istiqamətində dövlət qurumları və banklarla birlikdə AMB fəaliyyətini davam edir. 
O qeyd edib ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində müasir rəqəmsal ödəniş ekosisteminin iştirakçıları arasında Mərkəzi Bank, kommersiya bankları, “Azərpoçt”la yanaşı, fintexlərin də cəlb olunacağı gözlənilir: 

“Bu baxımdan da Azərbaycan Banklar Assosiasiyası ilə yanaşı, Azərbaycan Fintex Assosiasiyasının da fəal iştirakını nəzərdə tutmuşuq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO