Qərar verildi: Dollar bahalaşacaq

Qərar verildi: Dollar bahalaşacaq

Hazırda oxunan: Qərar verildi: Dollar bahalaşacaq

79495

Ötən gecə ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib.

İnfilyasiyasnı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görsənir. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.

Bizim.Media məsələ ilə bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovla əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, “FED bu il 2 faizlik infilyasiya hədəfləsə də aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib.

Bu son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib”.
 

MÖVZU İLƏ BAĞLI:

FED uçot dərəcəsini artırdı - YENİ QƏRAR


Yada salaq ki, FED uçot dərəcəsini artırmamışdan öncə,  dərəcənin yüksələcəyi ilə bağlı yayılan xəbərlərə ilk reaksiyanı birjalar verdi. Ona görə də indi hər kəsi düşündürən  ən vacib sual budur: dünya bazarında dollar kəskin bahalaşacaqmı?

Vüqar Bayramov bildirib ki, “ İndiki halda yenicə “özünə gələn” Avro yenidən dollara qarşı ucuzlaşacaq. Manatın məzənnəsinə gəldikdə isə kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bundan əlavə, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.
Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO