Azərbaycan bu ölkələrdən məhsul idxal etdi - SİYAHI

Azərbaycan bu ölkələrdən məhsul idxal etdi - SİYAHI

Hazırda oxunan: Azərbaycan bu ölkələrdən məhsul idxal etdi - SİYAHI

79420

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr məlum olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media verilən məlumata görə, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,2 faizi Rusiya, 17,0 faizi Türkiyə, 15,4 faizi Çin, 5,0 faizi Qazaxıstan, 4,6 faizi Almaniya, 3,7 faizi İran, 2,7 faizi ABŞ, hər biri 2,4 faiz olmaqla İtaliya və Ukrayna, 1,9 faizi Koreya, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Yaponiya və Fransa, hər biri 1,4 faiz olmaqla Türkmənistan və Hindistan, 1,1 faizi Norveç, 1,0 faizi İndoneziya, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Ümumilikdə qeyd olunün müddət ərzində Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO