Avtomobil bazarında BAHALAŞMA – Hansı maşınlara tələbat artıb?

Avtomobil bazarında BAHALAŞMA – Hansı maşınlara tələbat artıb?

Hazırda oxunan: Avtomobil bazarında BAHALAŞMA – Hansı maşınlara tələbat artıb?

79210

“Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% artıb. Eyni zamanda ötən ay ərzində həm yeni, həm də köhnə avtomobillərin satışında artım müşahidə olunub”.

Bu barədə Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT


Ekspertin sözlərinə görə, hər il yaya doğru avtomobillərə tələbat artır:

“Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər. Yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur”.

Eldəniz Cəfərov hansı avtomobillərə tələbatın artdığını da açıqlayıb:

“Ötən ay birinci əl avtomobil bazarında alıcılar "krossover" və mini "krossover"lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan "sedan" və "heçbek"lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan "krossover"lərdir”.

E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir:

“Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün ilk iki ayında ciddi artım müşahidə olunmayıb. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumilikdə isə payıza qədər avtomobillərin qiymətinin artması gözlənilmir".

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO