Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının birinə 1 699,3 minə çatıb.
Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790,0 min olub.
Bildirilib ki, 3 ildən çox müddətdə ölkədə həyata keçirilən təşviq əsaslı vergi siyasəti, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:15 / 13.06.2022
Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlandı
79068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.