Azərbaycan və Çexiya arasında energetika sahəsində əməkdaşlığı genişləndirilməsi ilə bağlı birgə İşçi Qrupu yaradılacaq.
Bizim.Media Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar keçirdiyi qəbul zamanı məlum olub.
Məlumata görə görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişdən irəli gələn, həmçinin birgə İşçi Qrupun yaradılması və onun ilk iclasının keçirilməsi kimi məsələlər müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:17 / 08.06.2022
Azərbaycan-Çexiya İşçi Qrupu yaradılır
Hazırda oxunan: Azərbaycan-Çexiya İşçi Qrupu yaradılır
Hazırda oxunan: Azərbaycan-Çexiya İşçi Qrupu yaradılır
78224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.