Ötən il neft sektorundan 590 milyon manat artıq vergi yığılıb – RƏSMİ

Ötən il neft sektorundan 590 milyon manat artıq vergi yığılıb – RƏSMİ

Hazırda oxunan: Ötən il neft sektorundan 590 milyon manat artıq vergi yığılıb – RƏSMİ

77878

Ötən il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsində əlavə toplanan verginin 590 milyon manatlıq hissəsi neft sektorunun payına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, bu isə neft sektoru xətti ilə ödəniləcək vergi məbləgi üzrə müəyyən olunmuş proqnozdan 37,5 % çoxdur.

“2021-ci ilin büdcəsi təsdiq olunanda, neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməsinə baxmayaraq, faktiki olaraq orta qiyməti 71,4 ABŞ dolları təşkil edib. Nəticədə, həmin 590 milyon manat toplanan artıq vergi hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO