Dünya Bankı Xəzərin Azərbaycan sektoru ilə bağlı xəritələr hazırladı

Dünya Bankı Xəzərin Azərbaycan sektoru ilə bağlı xəritələr hazırladı

Hazırda oxunan: Dünya Bankı Xəzərin Azərbaycan sektoru ilə bağlı xəritələr hazırladı

77606

Dünya Bankı (DB) Xəzər dənizinin Azərbaycan sektorunda külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsini hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının bərpa olunan enerji üzrə baş mütəxəssisi Şon Uittaker Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

“Bu xəritədə, həmçinin, küləyin sürəti və elektrik enerjisi istehsalının proqnozu, daşınma imkanları və bir sıra digər meyarlar haqqında məlumatlar əks olunub”, - deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, bundan sonra infrastrukturun modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində işlər görülməlidir.
Ş.Uittaker qeyd edib ki, Azərbaycanın külək enerjisi istehsal gücü 157 giqavatt səviyyəsində qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO