Azərbaycan bu neft yatağından 3 milyard dollardan çox PUL QAZANDI

Azərbaycan bu neft yatağından 3 milyard dollardan çox PUL QAZANDI

Hazırda oxunan: Azərbaycan bu neft yatağından 3 milyard dollardan çox PUL QAZANDI

77597

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3 milyard 828 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bizim.Media ARDNF-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-ma ayları ilə müqayisədə 1 milyard 997,8 milyon ABŞ dolları və yaxud 2,07 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin yanvar-may aylarında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 1 milyard 850,2 milyon ABŞ dolları ABŞ dolları təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Neft Fondunun "Azəri-Çıraq-Günəşli" və “Şahdəniz”dən builki gəlirləri açıqlandı


AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 158,658 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb.

Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO