BMT Baş katibi Antonio Quterreş və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bizim.Media BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər gündəlikdə olan aktual məsələləri müzakirə edib, əsas diqqəti Ukraynadan taxıl ixracına yönəldiblər:
“Belarus Ukrayna taxılını Baltik limanlarına çatdırmağa hazırdır. Həmçinin, dəmir yolu nəqliyyatı ilə daşınmada hər cür köməklik göstərməyə, bunun üçün lazımi imkanları səfərbər etməyə hazırdır".
Prezidentin mətbuat xidmətindən bildirilib ki, Aleksandr Lukaşenko BMT-nin Baş katibini Belarus, Ukrayna və Baltikyanı ölkələrin nümayəndələrinin iştirakı ilə danışıqlar masası arxasında məsələni müzakirə etməyə dəvət edib.
Lukaşenko bildirib ki, ixrac üçün Almaniya, Polşa və Baltik limanları Belarus mallarına açılmalıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:18 / 03.06.2022
Ukrayna taxılının ixracı bu ölkələri bir araya gətirir
Hazırda oxunan: Ukrayna taxılının ixracı bu ölkələri bir araya gətirir
Hazırda oxunan: Ukrayna taxılının ixracı bu ölkələri bir araya gətirir
77569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.