SOCAR

SOCAR "AVRO-5" markalı dizelin buraxılışına hazırlaşır 

Hazırda oxunan: SOCAR "AVRO-5" markalı dizelin buraxılışına hazırlaşır 

77553

SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) “AVRO-5” standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “SOCAR Downstream” şirkətinin baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu ilin üçüncü rübündə “AVRO-5” standartına uyğun olan dizel yanacağının istehsalına başlamaq planlaşdırılır.

“Rekonstruksiya və modernləşdirmə layihəsi çərçivəsində işlər hazırda qurğuların işə salınması səviyyəsindədir”, - deyə Emil Alxaslı qeyd edib. 
Onun sözlərinə görə, nəticədə zavodda ildə 2 mln. ton avtomobil benzini istehsal ediləcək. Bu həcmlərin 60%-i Aİ-92 markalı benzinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək. Qeyd edək ki, NEZ-in illik emal gücü 6,5 mln. ton təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO