"Şahdəniz"dən hasil edilən qazın həcmi AÇIQLANDI 

Hazırda oxunan: "Şahdəniz"dən hasil edilən qazın həcmi AÇIQLANDI 

77497

“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 166 mlrd. kubmetr qaz və 36 mln. ton qaz kondensatı hasil edilib”. 

Bizim.Media xəbər verir ki, bunu SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunda çıxışında deyib. 

O bildirib ki, Trans-Anadolu kəməri istifadəyə verildikdən sonra onun vasitəsilə Türkiyəyə 16 mlrd. kubmetr qaz nəql edilib. 

Bununla yanaşı, Trans-Adriatik kəməri vasitəsilə indiyədək Avropaya 11,3 mlrd. kubmetr qaz ixrac edilib, bundan 9,7 mlrd. kubmetri İtaliyaya, 1,3 mlrd. kubmetri Yunanıstana, 0,3 mlrd. kubmetri isə Bolqarıstana nəql edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO