"Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün imkanları var" - Vitse-prezident

Hazırda oxunan: "Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün imkanları var" - Vitse-prezident

77366

"Artan tələbat fonunda Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün tam imkanları var. Buna baxmayaraq, artan tələbatı təmin etmək üçün hazırda lazımi nəqletmə imkanları yoxdur".

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf Baki Enerji Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda nəqletmə imkanlarının genişləndirilməsi üçün müvafiq işlər görülür, danışıqlar aparılır: "Alternativ enerji mənbələrin inkişafına baxmayaraq, neft və qazın istehsalı öz aktuallığını qoruyub saxlayır. Öz növbəsində, tələbatı nəzərə alaraq, ənənəvi enerji daşıyıcılarının hasilatı ekoloji normaların, tullantıların azaldılması şərti ilə həyata keçirilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO