Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi ("Şahdəniz-3 red.) çərçivəsində kəşfiyyat quyusunun qazılmasına start verilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yatağın növbəti işləmə mərhələsi çərçivəsində kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub və qərar verilsə, bu cari ildə baş tuta bilər.
"Bu dəqiq deyil, üzərində iş gedir, hesablamalar gedir, texniki dəyərləndirmə aparılır", - deyə, Bəxtiyar Aslanbəyli qeyd edib.
O əlavə edib ki, kəşfiyyat qazma işləri rezervuarın parametrini, dərinləyini müəyyən etmək üçün aparılır ki, bu da ehtiyyatlar ilə bağlı ehtimallar üçün şərait yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:16 / 01.06.2022
"Şahdəniz"də növbəti kəşfiyyat quyusu qazılacaq
Hazırda oxunan: "Şahdəniz"də növbəti kəşfiyyat quyusu qazılacaq
Hazırda oxunan: "Şahdəniz"də növbəti kəşfiyyat quyusu qazılacaq
77203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.