Şuşada yekunlaşacaq Bakı Enerji Həftəsinin avantajları - İlham Şabandan ÖZƏL 

Şuşada yekunlaşacaq Bakı Enerji Həftəsinin avantajları - İlham Şabandan ÖZƏL 

Hazırda oxunan: Şuşada yekunlaşacaq Bakı Enerji Həftəsinin avantajları - İlham Şabandan ÖZƏL 

77047

Sabah paytaxt Bakıda 4 günlük Bakı Enerji Həftəsi start götürəcək. 

Bizim.Media xəbər verir ki, “Baku Energy Week” özündə 3 böyük tədbiri birləşdirəcək - “27-ci Beynəlxalq Xəzər Neft və Qaz”, “10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri”, “Bakı Enerji Forumu”. Bu mötəbər tədbirlərdə 30 ölkədən 249 şirkət iştirak edəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya ətraflı məlumat verən Enerji məsələləri üzrə ekspert İlham Şaban söyləyib ki, Neft-Qaz sərgisi daxilində keçirilən “Yaşıl Enerji” ilə bağlı sərgi və konfransların faktiki olaraq bərpa olunmasını Azərbaycanın məhz bu sektorda qazana biləcəyi avantajlar sırasına daxil edə bilərik:
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


“Başqa bir tərəfdən dünyada ənənəvi enerji ilə bağlı baxışların dəyişməsini müşahidə edirik və hazırki dünyada yaşanan siyasi proseslər  yaxın onillikdə ənənəvi enerjinin rolunu iki dəfə artırır. Xüsusilə də Rusiya-Ukrayna arasında olan hərbi-siyasi münaqişə bir çox enerji zəncirlərini sıradan çıxartdığından keçid dövrünün müddəti artacaq və bəzi ölkələr ənənəvi enerjidən daha çox istifadə etməyə başlayacaqlar”.

Mavi yanacaq ixracçısı kimi hazırda Azərbaycanın məhz bu səbəblə Qərbin diqqət mərkəzində olduğunu əlavə edən ekspert bilidirib ki, Bakıda müzakirəsi keçirilən “Yaşıl Sessiya”nı iyunun 4-də Şuşa şəhərində keçirilən konfrans tamamlayacaq.

“Azərbaycan Prezidenti hələ 2020-ci ilin sonunda qeyd etmişdi ki, biz işğaldan azad olunmuş ərazilərimizi Yaşıl enerji mənbəyinə çevirəcəyik və belə bir sammitə Şuşada yekun vurulması Azərbaycan Prezidentinin bir növ işğaldan öncə bildirdiyi fikirlərin təsdiqidir. Həmçinin Azərbaycanın uzun illərdir əməkdaşlıq etdiyi BP şirkətinin Zəngilanda Günəş Enerji Stansiyası tikməyi planlaşdırması da Azərbaycanın enerji potensialı və ərazi bütövlüyünün bərpasına göstərilən etimadın nəticəsidir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO