Supermarketlərdə qəbz fırıldağı: \

Supermarketlərdə qəbz fırıldağı: \"ƏDV-ni geri almaq üçün kod verilmir\"- ŞİKAYƏT 

Hazırda oxunan: Supermarketlərdə qəbz fırıldağı: \"ƏDV-ni geri almaq üçün kod verilmir\"- ŞİKAYƏT 

7704

Bəzi iri marketlərin qəbzlərində fiskal İD-nin olmaması vətəndaşlar tərəfindən narazılıqlara səbəb olub. Daha əvvəl alış-veriş qəbzlərinin fiskal ID ilə verilməsinə baxmayaraq hazırda sözügedən kodlar qəbzdə ya yer almır, ya da alıcı marketdən uzaqlaşan kimi market işçiləri tərəfindən mənimsənilir.

Elnurə Abışova adlı Baki sakini Bizim-Media-ya mövcud problemin “Araz” “Qrand” supermarketlər şəbəkələrində yaşandığını bildirib.

O, deyib ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Araz” və “Qrand” marketlərindən etdiyi alış-veriş zamanı aldığı qəbzdə yer alan 12 simvollu fiskal İD kodunu elektron kabinetinə daxil edə bilməyib. Daha doğrusu daxil edən zaman ona kodla bağlı artıq müraciət olunduğunu barədə bildiriş gəlib.

Məlum olub ki, qəbzdə yer alan fiskal İD kodu daha əvvəl kimlərinsə tərəfindən yüklənilib.

Məlumat üçün bildirək ki, “Ballı” supermarketdə də bəzi hallarda təkrar vəziyyət yaşanır. Fiskal İD-in yer aldığı qəbz çox hallarda alış-veriş edən müştəriyə təqdim olunmur.

Qeyd edilən hər üç supermarketdən münasibət ala bilmədik. Supermarketlərin əlaqə nömrələrinə yığsaq da, cəhdlərimiz baş tutmayıb.

Xatırladaq ki, 2020-ci ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılıb.

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılıb. Belə ki, vətəndaş nəzarət-kassa aparatının çekində yer alan 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməklə və ya QR kod vasitəsilə ƏDV-nin bir hissəsini geri ala bilər.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO