“2021-ci ildə inflyasiya 6,7% olub ki, bu da proqnozdan 3,7% çox deməkdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı
Deputat inflyasiyanın yüksək olmasının səbəblərini də sadalayıb:
“Bütövlükdə ölkə üzrə inflyasiya dünya bazarında ərzaq qiymətlərinin yüksək artımı, ticarət tərəfdaşı olan ölkələrdən yüksək inflyasiya idxalı, qlobal təchizat və logistika zəncirlərindəki qırılma və gecikmələr, daşınma xərclərinin artması, bir sıra mal və xidmət tariflərində olan dəyişikliklər, ümumi tələbin sürətlə artması və təklifin bu sürətlə ayaqlaşa bilməməsindən qaynaqlanıb”.
Qeyd edək ki, bu gün parlamentdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin təqdimatı keçirilir.
Murad Əhmədov, Bizim.Media