Lombarddan pul götürənlərin DİQQƏTİNƏ! - VİDEO

Lombarddan pul götürənlərin DİQQƏTİNƏ! - VİDEO

Hazırda oxunan: Lombarddan pul götürənlərin DİQQƏTİNƏ! - VİDEO

76797

Lombardlarla bağlı yeni qanunvericilik bazası yaradılır. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov bununla bağlı təfərrüatları “Xəzər Xəbər”ə açıqlayıb.

Deputat bildirib ki, bu fəaliyyətin qanunvericilik baxımından təkmilləşdirilməsi vətəndaşların hüquqlarının qorunması üçün vacibdir, çünki əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var:

“Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu, onlara olan etimadı artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO