Bu gün Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.
Bizim.Media xəbər verir ki, qiymətlər 10-30 qəpik civarında artıb. Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.
Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.
Məsələ ilə bağlı ölkəmizdə böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC-dən bildiriblər ki, müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.
Qurumdan Trend-ə bildirilib ki, “Tabaterra” QSC heç bir siqaretin qiymətini qaldırmayıb:
"Dükanlarda satılan siqaretlərin qiymətlərinə biz nəzarət etmirik".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:47 / 26.05.2022
Azərbaycanda siqaretlərin qiyməti BAHALAŞDI
Hazırda oxunan: Azərbaycanda siqaretlərin qiyməti BAHALAŞDI
Hazırda oxunan: Azərbaycanda siqaretlərin qiyməti BAHALAŞDI
76307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.