Bərpaolunan enerji mənbələrimizin yüksək potensialı - Davos Forumunun gündəmində 

Bərpaolunan enerji mənbələrimizin yüksək potensialı - Davos Forumunun gündəmində 

Hazırda oxunan: Bərpaolunan enerji mənbələrimizin yüksək potensialı - Davos Forumunun gündəmində 

76056

Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə forumda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb. 

"Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq", - nazir qeyd edib. 

Qeyd edək ki, Dünya İqtisadi Forumunun illik toplantısı mayın 22-dən 26-a qədər İsveçrənin Davos şəhərində keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO