Azərbaycanda kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalına və satışına, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və yaxud vərəqə şəklində kağızın idxalına və satışına görə ƏDV azaldılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qurum bəyan edib ki Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin bu ildən qüvvəyə minən redaksiyasına əsasən siyahısını Nazirlər Kabinetinin təsdiq etdiyi həmin mallar ƏDV-dən azaddır.
Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarına əsasən, siyahıya aşağıdakı məhsullar daxildir:
- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton;
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;
- Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində;
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları;
- Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar;
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Çap məhsullarının ƏDV-dən azad edilməsi kitab bazarına da müsbət təsir göstərməklə kitabların ucuz başa gəlməsinə səbəb olacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:08 / 24.05.2022
Bu məhsullara görə ƏDV azaldılacaq
Hazırda oxunan: Bu məhsullara görə ƏDV azaldılacaq
Hazırda oxunan: Bu məhsullara görə ƏDV azaldılacaq
75888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.