Bu ilin fevralında təqdimatı baş tutan yeni nəsil rəqəmsal imza sistemi olan SİMA tətbiqi artıq vətəndaşların istifadəsinə verilib. Bazara daxil olan SİMA vasitəsilə istifadəçilər heç bir ödəniş etmədən biometrik, üz skanına əsaslanaraq bir sıra əməliyyatları həyata keçirə biləcəklər.
SİMA rəqəmsal imza sistemi vətəndaşlara hansı imkanları yaradır?
İstifadəçilər tətbiq vasitəsilə 80-dən çox dövlət portallarına biometrik imza ilə giriş, SİMA ilə əməkdaşlıq edən banklarla müvafiq əməliyyatları həyata keçirmək imkanı qazanırlar. Osman Gündüzün sözlərinə görə, SİMA-nın əsas üstünlüyü ondan ibarətdir ki, mobil nömrəyə bağlı deyil və vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən rəqəmsal identifikasiya, sənədləri imzalama vasitəsi əldə edir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda güzəştli kreditləşmənin həcmi kəskin artdı
SİMA-nın rəsmi sosial şəbəkə hesabında PaşaBank, Turanbank, ASAN login və Yelo Bank ilə inteqrasiyanın yekunlaşdırıldığı qeyd olunub.
Bundan əlavə, yaxın gələcəkdə vergi, notarial xidmətlərin də SİMA-ya inteqrasiya olunacağı bildirilir.
Lakin istifadçilər arasında tətbiqin üztanıma sistemində problemlərin olduğu da qeyd olunur. SİMA-nın məlumatına görə, bu istiqamətdə də inkişafın olacağı bildirilir.
Qeyd edək ki, SİMA tətbiqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “AzİnTelecom”un birgə layihəsidir.
Tətbiqin istifadə qaydaları ilə videodan tanış ola bilərsiniz:
Murad Əhmədov, Bizim.Media