Litva Prezidentindən azərbaycanlı iş adamlarına DƏVƏT 

Litva Prezidentindən azərbaycanlı iş adamlarına DƏVƏT 

Hazırda oxunan: Litva Prezidentindən azərbaycanlı iş adamlarına DƏVƏT 

75076

“Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm”.

Bizim.Media xəbər verir ki, bunu Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunun açılışında deyib

“İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Litva uzun illərdir strateji tərəfdaşımızdır"


Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır.

Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

Mənim ölkəmin – Litvanın çoxsaylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO