İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.
Bizim.Media xəbər verir ki, sənədə bu gün Bakıda keçirilmiş Azərbaycan-Litva Biznes Forumu çərçivəsində imzalanıb.
Memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee imzalayıblar.
MÖVZU İLƏ BAĞLI:
Litva şirkətlərinə dəvət: "Azad edilən ərazilərə investisiya yatırın" - FOTO
Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.
Qeyd edək ki, imzalanma mərasimində iki ölkənin prezidentləri İlham Əliyev və Gitanas Nausedanın iştirak ediblər.
Bizim.Media