Əhali günəş panellərindən istifadəyə niyə maraq göstərmir?

Əhali günəş panellərindən istifadəyə niyə maraq göstərmir?

Hazırda oxunan: Əhali günəş panellərindən istifadəyə niyə maraq göstərmir?

75032

Energetika nazirinin müavini Elnur Soltanovun Azərbaycanda insanlar fərdi olaraq evlərinin damında günəş panelləri yerləşdirə biləcəkləri ilə bağlı açıqlaması sözügedən məsələni yenidən gündəmə gətirib.

Belə ki, qanunvericiliyə əsasən ölkəmizdə 150 Kvatta qədər günəş elektrik sistemlərindən heç bir rəsmi icazə olmadan istifadə etmək mümkündür.

Bizim.Media-nın araşdırmasına görə, Azərbaycanda günəş enerjisinin illik potensialı 23 min Meqavata bərabərdir.

Günəş panellərinin bazar qiymətləri və quraşdırma xərclərini nəzərə aldıqda birmərtəbəli fərdi yaşayış evi üçün 5-8 min manat məbləğlə günəş enerjisi stansiyası yaratmaq mümkündür. 

Panellər üçün Zəmanət müddəti olan 25 il olduğunu nəzərə alsaq, bir aylıq elektrik enerjisi xərclərinin 4-5 manata başa gəldiyi məlum olur. 

Bəs, günəş panellərindən istifadəyə ölkəmizdə maraq niyə azdır?

İqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, bunun baş tutmamasında maraqlı olan qüvvələr var:

“2005-ci ildə qəbul olunan qanuna görə, Avropa İttifaqında hər bir üzv dövlət ümumi enerji balansında minimal olaraq 20%-i alternativ enerjindən əldə olunmalıdır. Avropada bu təcrübəsinin tətbiqindən 17 il ötür. Lakin Azərbaycanda bu sahədə maarifləndirici, stimullaşdırıcı addımlar atılıbmı?”

İlham Şaban yalnız 2021-ci ildə “ağıllı kənd” layihələri çərçivəsində günəş panellərindən məişətdə istifadə olunması istiqamətində addımların atıldığını diqqətə çatdırıb:

“Bu müsbət haldır. Lakin vətəndaşlar üçün bu tətbiq olunmur. Eyni zamanda gərəkdir ki, insanlar bu nümunəyə canlı şahid olsunlar. Dövlət binalarında, küçələrdə, müxtəlif tikililərdə bu təcrübədən istifadə olunarsa, insanların da günəş panellərinə marağı yaranar. Qonşu ölkə Türkiyədə artıq 30 ilə yaxındır ki, bu təcrübədən istifadə edilir”.
 

Qeyd edək ki, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən günəş panellərinin istehsalı ilə məşğul olan “Azgüntex” MMC-ə məxsus olan iki zavodun təməli qoyulub.


Eyni zamanda bu il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Qaradağ rayonunda 230 Mvt gücündə günəş elektrik stansiyasının təməli qoyulub.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO