“Azərbaycan bir il ərzində taxıl ixracatçısına çevrilə bilər” – Ekspertdən gözlənilməz PROQNOZ 

“Azərbaycan bir il ərzində taxıl ixracatçısına çevrilə bilər” – Ekspertdən gözlənilməz PROQNOZ 

Hazırda oxunan: “Azərbaycan bir il ərzində taxıl ixracatçısına çevrilə bilər” – Ekspertdən gözlənilməz PROQNOZ 

74827

Xəbər verdiyimiz kimi, İsrail kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə də, taxılçılıq sektorunda İsrail texnologiyalarının və metodlarının Azərbaycanda da tətbiq olunması məsələsi gündəmdədir.

Qeyd olunur ki, İsrailin məqsədi Azərbaycanı təkcə taxıl idxalından asılılığını aradan qaldırılması deyil, həm də ixrac edə bilmək üçün İsrail ölkəyə taxıl yetişdirmək üçün texnologiya verəcək. Nəticədə iki-üç ildən sonra bu məhsulu yenidən İsrailə ixrac etmək mümkün olacaq. 

Bəs, iki-üç il müddətində Azərbaycanın taxıl idxalatçısından ixracatçıya çevrilməsi nə qədər realdır?
 

MÖVZU İLƏ BAĞLI:

Unun qiyməti yenə qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ


Sualı Bizim.Media üçün cavablandıran iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, ölkəmizdə mövcud taxıl sahələrindəki hər hektara görə orta məhsuldarlığı 50 sentrə çatdırmaq mümkün olarsa, Azərbaycan taxıl ixracatçısına çevrilə bilər:

“Hal-hazırda Azərbaycanda taxılın orta məhsuldarlığı 30 sentnerdir. Bu 50 sentnerə qaldırılsa və istehsal edilən məhsulun keyfiyyəti dünya standartlarına cavab versə, Azərbaycanın taxıla olan tələbatı tamamilə ödənilir. Hətta 200-300 min ton taxılın ixrac potensialı yaranır. Əgər İsrail texnika və texnologiyası, onların istifadə etdiyi yüksək məhsuldarlıqlı sortlar Azərbaycana gətiriləcəksə, bu, tamamilə mümkündür”.

Akif Nəsirli qeyd edib ki, digər ölkələrin də bu sahədə inkişaf etmiş təcrübəsindən istifadə edilə bilər:

“Hektara 50 sentner məhsuldarlıq dünya təcrübəsində o qədər də böyük rəqəm deyil. Elə İsrailin özündə orta məhsuldarlıq 70-80 sentner aralığında dəyişir. Azərbaycanda isə 20-30 sentner. Bunun səbəbi, həm becərmə və aqrotexniki qaydaların köhnəlməsi, həm də toxumçuluq təsərrüfatının geridə qalmasıdır”.

Ekspertin sözlərinə görə, sözügedən problem aradan qaldırılsa, 2-3 ildən daha qısa müddətdə sözügedən nəticəyə nail olmaq olar:

“Bizə müasir toxum, gübrə və aqrotexniki qulluq lazımdır. Bunlar ölkəmizə gətirilərsə, bir il müddət belə məhsudarlığı qeyd olunan səviyyəyə çatdırmaq üçün yetərlidir. Sadəcə olaraq fermerlər arasında maarifləndirmə işlərinə də diqqət yetirilməlidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO