Unun qiyməti yenə qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ

Unun qiyməti yenə qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Unun qiyməti yenə qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ

74628

Hindistan ərzaq defisiti riskinə buğda ixracını qadağan edib. Belə ki, sözügedən ölkədə buğdanın qiymətinin qalxması qonşu ölkələrdə narazılıqla qarşılanıb.

Bizim.Media xəbər ki, bir qida təhlükəsizliyi ilə bağlı problem artiq qapilari bir-bir döyməkdədir. Hal-hazırda Gürcüstan un çatışmamazlığı riski ilə qarşı-qarşıyadır.

Eyni analoji vəziyyət Azərbaycanda da yarana bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli dünya taxıl məmulatlarının və onun qıtlığının yaranmasının səbəblərini açıqlayıb.
“Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Ukraynaya təcavüzünün də bu məsələdə mühim rolu var. İki ölkə dünyada buğda istehsalının 1/3, yəni 30%-ni təşkil edir. Bazarı tənzimləyən məhz bu iki ölkə idi. Ukrayna, ümumiyyətlə, buğda ixrac edə bilmir, Rusiya isə müxtəlif qadağalar qoyub. Bu yaxınlarda Hindistan da buğda ixracatına qadağa qoydu. Bu daxili bazarı qorumaq üçündür. Hindistanda milyard yarımlıq əhali var və hökümət əsas məsələnin ölkənin daxili tələbatın ödəmək olduğunu düşünür.

Rusiya da sentyabrın 9-na kimi buğda ixracı yalnız hökümətin rəsmi icazəsi ilə mövcuddur. Biznes strukturlarına buğda ixracı icazə verilmir. Un və buğda bazarında ciddi bahalaşma bununla bağlıdır”.

Ekspertin fikrincə, əgər müharibə uzanarsa və builki məhsuldarlıq aşağı olarsa, onda dünyanın əksər ölkəsində ərzaq buğdasının qiyməti artmağa məcburdur. Bu qarşısı alınmaz proses ola bilər: 

“O cümlədən, Gürcüstanda da son vaxtlar buğdanın və un məmulatlarının, unun qiyməti artıb. Azərbaycana gəldikdə isə bizim təqribən 200 günlük buğda ehtiyatımız mövcuddur. Hələ ki ajiotajlıq vəziyyət yoxdur. Qiymətlər artacaq, çünki yeni alınacaq taxıllar baha qiymətə alınacaq.
İlk etapda Qazaxıstandan taxıl alışı baş verib, lakin qiymətlər də yüksəlib. Ona görə də, yəqin ki, yaxın həftələrdə un və un məmulatlarının qiymətlərində müəyyən artım olacaq, amma qıtlıq yaranmayacaq. Azərbaycanın hal-hazırkı buğda ehtiyatları vəziyyəti idarə etməyə kifayətdir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO