Azərbaycanın sənaye istehsalı 3 % artdı

Azərbaycanın sənaye istehsalı 3 % artdı

Hazırda oxunan: Azərbaycanın sənaye istehsalı 3 % artdı

74599

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 27,4 milyard manatlıq və yaxud ötənb ilin eyni övrü ilə müqayisədə 2,7 % çox sənaye məhsulu istehsal edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,3 %, qeyri neft-qaz sektorunda isə 15,1 % artıb.

Sənaye məhsulunun 74,5 %i mədənçıxarma sektorunda, 21,1 %i emal sektorunda, 3,9 %i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 % azalıb, əmtəəlik qaz hasilatı isə 16,5 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, tikinti materiallarının istehsalı 72,3 %, elektrik avadanlıqlarının istehsalı 60,8 %, mebel istehsalı 58,4 %, geyim istehsalı 55,4 %, kimya sənayesi məhsullarının istehsalı 52,2 %, hazır metal məmulatlarının istehsalı 34,3 %, maşın və avadanlıqların istehsalı 30,8 %, poliqrafiya məhsullarının istehsalı 30,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 27,9 %, kağız və karton istehsalı 26,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 %, qida məhsullarının istehsalı 8,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,8 % artıb, neft məhsullarının istehsalı 7,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2 %, tütün məmulatlarının istehsalı 11,8 %, kompüter, elektron və optik məhsulların istehsalı 12,3 %, içkilərin istehsalı 14,3 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,7 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,1 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO