Azərbaycanın xarici ticarət dövriyyəsi 1,7 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 1,7 dəfə artıb

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 1,7 dəfə artıb

74556

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 140 ölkədən idxal olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 194,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 9 milyard 267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 340,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artıb, idxal isə 3,7 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO