BP rəsmisi Bakı Ali Neft Məktəbində - FOTO

BP rəsmisi Bakı Ali Neft Məktəbində - FOTO

Hazırda oxunan: BP rəsmisi Bakı Ali Neft Məktəbində - FOTO

74502

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Ali Neft Məktəbində olub,  Ali Məktəbin kampusunda bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi laboratoriyaya baş çəkib.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı BANM yayıb.

Bildirilib ki, qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəb fəaliyyətə başlayandan bp şirkəti daim dəstəyini göstərib və BANM-lə bp arasındakı əməkdaşlıq ən yüksək səviyyədə həyata keçirilir:
“bp ilə uğurlu əməkdaşlığın göstəricilərindəndir ki, hər il onlarla tələbəmiz bu şirkətdə təcrübə keçir. Hazırda bp-də kifayət qədər BANM məzunu çalışır.

bp əməkdaşları BANM-də tədrisdə iştirak edir, bizim müəllimlər bp-nin layihələrinə qatılırlar. Ali Məktəbimizə bp və tərəfdaşlarının göstərdiyi dəstəkdən çox məmnunuq”.

BANM-də əmək bazarının tələblərinə uyğun ixtisaslarda kadrlar hazırlandığını bildirən rektor bərpaolunan enerji üzrə kadr yetişdirilməsinin planlaşdırıldığını,  Azərbaycanda bu sahədə ingilis və Azərbaycan dillərində yeganə dərsliyin də Ali Məktəb tərəfindən dərc ediləcəyini vurğulayıb. Elmar Qasımov siqnal nüsxəni Qəri Counza təqdim edib.

Professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edən Qəri Counz BANM-in fəaliyyətini və sıx əməkdaşlığı yüksək qiymətləndirərək şirkətin Azərbaycanda fəaliyyətinin 30 illiyi münasibətilə və əməkdaşlığın inkişafına göstərilən dəstəyə görə Təşəkkürnamə təqdim edib.
Qeyd edilib ki, bu Təşəkkürnamə ilk olaraq BANM-ə təqdim edilib.

Bakı Ali Neft Məktəbinin ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən olduğunu qeyd edən bp-nin regional prezidenti bildirib ki, burada tələbələr beynəlxalq standartlara uyğun təhsil alaraq peşəkar kadr kimi yetişirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO