Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.
Bizim.Media xəbər verir ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Bununla bağlı bu gün – mayın 13-də Baş nazir müvafiq Qərar imzalayıb. Qərara əsasən, idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib.
Siyahıya aşağıdakı məhsullar daxildir:
- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:12 / 13.05.2022
Bu məhsullardan 18% ƏDV tutulmayacaq - QƏRAR
Hazırda oxunan: Bu məhsullardan 18% ƏDV tutulmayacaq - QƏRAR
Hazırda oxunan: Bu məhsullardan 18% ƏDV tutulmayacaq - QƏRAR
74163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.